AzTV: “50-dən çox əməkdaşımızın koronavirusa yoluxması..."

Xəbərlər

25.06.2020 - 17:29

cedabet dərman SEO Xidməti

“Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır”

 

AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib. AYNA-nın xəbərinə görə, kanalın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Qafqazinfo-ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib.

 

O bildirib ki, AzTV-nin 50-dən çox əməkdaşında koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil: “Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır. Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.

 

Qeyd edək ki, yerli mediada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaşının koronavirusa yoluxması haqqında məlumat yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş