“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirəcək

Xəbərlər

24.11.2021 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Onlayn vətəndaş qəbulu noyabr ayının 26-da saat 12:00-da keçiriləcək

“Azəriqaz” İB-nin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu noyabr ayının 26-da saat 12:00-da keçiriləcək.

İB-dən AYNA-ya bildirilib ki, baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Biləsuvar rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş