Azərbaycanlı tələbə Rusiyada amansızlıqla qətlə yetirilib

Hadisə

15.06.2020 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Qatil Timura 20-yə qədər bıçaq zərbəsi endirib

 

Rusiyanın Volqoqrad şəhərində 12 iyun “Rusiya Günü” münasibətilə keçirilən tədbir zaman azərbaycanlı tələbə qətlə yetirilib. AYNA-nın Modern.az-a istinadən xəbərinə görə, öldürülən gənc 17 yaşlı Timur Qavrilovdur.

 

Gecə tədbirdən sonları dostları ilə universitet yataqxanasına qayıdan gəncə naməlum şəxs 20-yə qədər bıçaq zərbəsi endirib.

 

“Timur tamamilə ev uşağı idi, heç kəslə konflikti yox idi. Volqoqradda oxumaq üçün o, Bakıda ciddi müsabiqədən keçmişdi” - deyə mərhumun yaxını Aleksey Neboqatov deyib. Onun fikrincə, Timurun qafqazlı görünüşü hücum üçün səbəb ola bilərdi.

 

Timir Qavrilovu anasının təkbaşına böyütdüyü və koronavirus pandemiyasına görə, övladının cəsədini Volqoqraddan götürə bilmədiyi xəbər verilir.

 

Qətllə bağlı slavyan görünüşlü 175-180 sm hündürlüyündə şübhəli şəxs axtarılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş