Azərbaycanla sərhəddə yaşayan ermənilərə partlayışla bağlı xəbərdarlıq edilib

Xəbərlər

29.04.2024 - 08:34

Sakinlərdən panikaya düşməmək xahiş olunub

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək.

Sakinlərdən panikaya düşməmək xahiş olunub.

Müəllif: Ayna.az