Azərbaycanın Rusiyadakı səfirliyindən bəyanat

Xəbərlər

24.07.2020 - 18:11

cedabet dərman SEO Xidməti

“Polad Bülbüloğlunun fikirləri təhrif olunub”

 

Azərbaycanın Rusiyadakı səfirliyi bəzi saytlarda yazılanlarla bağlı məlumat yayıb. AYNA-nın xəbərinə görə, səfirlik bildirir ki, bu il 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə diplomatik korpusun binası önünə gəliblər. Səfir Polad Bülbüloğlu onlarla görüşüb.

 

“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdi. Lakin, çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər.  Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmayıb. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər", - deyə səfirlik bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş