Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Cəmiyyət

18.06.2020 - 18:35

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir

 

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

 

AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

 

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o əlavə edib.

Müəllif: Ayna.az