İlham Əliyev: “Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsində böyük rol oynayıb”
“Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb”. AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən həyata keçirir: “O vaxtdan başlanan əməkdaşlıq bu günə qədər davam edir. Doğrudur, zərurətdən və şəraitdən asılı olaraq onun forması dəyişir. Ötən 10 il ərzində Türkiyənin hərbi strukturları Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara çatdırılmasında böyük rol oynayıb”.
Aparıcının “Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı?” sualına Prezident deyib ki, zaman-zaman belə informasiya yayılır. Dövlət başçsının cavabı belə olub: “Yox. Əgər qısaca demək mümkünsə…Əgər cavabımı bir az genişləndirsəm deyə bilərəm ki, buna tələbat yoxdur”.