Azərbaycanda televiziyanın yayımı dayandırılıb

Cəmiyyət

21.04.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Efirdə nalayiq ifadələrin səslənməsi ilə qanun pozuntusuna yol verilib

 

ARB televiziyasının yayımı dayandırılıb. AYNA xəbər verir ki, 18 aprel 2020-ci il tarixində saat 14:00-16:00 arası televiziyada yayımlanan “Elgizlə izlə” proqramında telefonda söyüş və nalayiq ifadələrin işlənməsinin qarşısının alınmaması ilə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11.5.3-cü maddəsinin tələbləri pozulub.

 

“Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 23.1 maddəsinə əsaslanaraq Milli Televiziya və Radio Yayımları Şurasının (MTRŞ) 20 aprel 2020-ci il tarixli 04/1 nömrəli qərarı ilə ARB televiziyasının yayımı 21 aprel 2020-ci il tarixində 10:00-16:00 arası 6 saatlıq dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş