Azərbaycanda təhsil işçilərinin peyvəndlənməsinə başlanılıb

Xəbərlər

03.03.2021 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyası həyata keçirilir

 

Bu gündən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı birgə məlumatda qeyd edilib.

 

Bildirilib ki, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyası həyata keçirilir. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb.

 

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş