Azərbaycanda şirkət direktoru axtarışa verilib

Xəbərlər

30.06.2020 - 14:17

cedabet dərman SEO Xidməti

“Baktel” MMC-nin direktorunun barəsində məhkəmənin həbs qərarı var

 

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib. AYNA-nın xəbərinə görə, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.

 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbs qərarı verilib və axtarış elan edilib.

 

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

 

Həmçinin, o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş