Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat

25.12.2025 - 13:39

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə 61 milyon manat artıb

2025-ci il dekabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.6 milyon manat təşkil edib.

AYNA.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 24.2% və ya 108.5 milyon manat çoxdur.

Qeyd edək ki, ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 12.3% və ya 61 milyon manat artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş