Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Cəmiyyət

27.04.2020 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 27-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 676 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 128 807 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb. Onlardan 1 162-si sağalıb, 22-i ölüb. Hazırda aktiv xəstə sayı 494-dür.

 

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş