Azərbaycanda koronavirusla bağlı son durum: Yeni yoluxma, sağalma və ölüm halları var

Cəmiyyət

18.04.2020 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 infeksiyasından həyatının itirənlərin sayı artıb, lakin sağalanların sayı da yoluxanları üstələyib

 

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmiş, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş