Azərbaycanda koronavirusa yoluxma və sağalmalarla bağlı yeni rəsmi məlumat

Cəmiyyət

26.04.2020 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb 

 

Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş