Azərbaycanda karantin rejimi uzadıla bilər - <font color=red> RƏSMİ</font>

Xəbərlər

15.04.2020 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

"Karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil"

 

"Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər hazırlayırıq". AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində çıxışı zamanı deyib.

 

O bildirib ki, karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir: "Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır".

 

"20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı xüsusi qaydalar hazırlanaraq Operativ Qərargaha təqdim olunacaq. Ancaq hazırda karantin rejiminin uzadılmasına ehtiyac var. Növbəti uzadılmadan sonra isə karantin rejiminin sonlandırılmasına qərar verilə bilər. Növbəti günlər ərzində bütün məlumatlar ictimaiyyətə açıqlanacaq", - deyə Bayramlı vurğulayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş