Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırılıb

Xəbərlər

01.10.2025 - 21:44

2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.

Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş