Son sutka ərzində ölkədə 113 nəfər COVID-19-a yoluxub
Azərbaycanda bu gün üçün 113 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər həyatını itirib. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, ölkədə ümumi yoluxma sayı 3387 nəfərə çatıb: “Onlardan 2055 nəfəri müalicə olunaraq sağalıb. Ümumi müddət ərzində aparılan testlərin sayı 235 mindən çox olub”.
“Davamlı həftəlik epidemioloji vəziyyət araşdırılır. Son həftə ərzində 755 yoluxma qeydə alınıb ki, bu göstərici də bütün həftələrə nəzərən ən yüksək göstəricidir. Bu səbəbdən insanlar məsuliyyətlə davranmağı unutmamalıdırlar”, - Qarayeva vurğulayıb.