Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılıb

Cəmiyyət

25.04.2020 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

 Əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib

 

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

 

AYNA xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub. 

 

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib. 

 

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

 

Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb. Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş