Azərbaycanda əcnəbilərə qanunsuz pensiya ödənildiyi üzə çıxıb

Cəmiyyət

04.05.2020 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Sosial Müdafiə Fondunda aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub

 

Hesablama Palatasının ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, bu barədə məlumat ali audit qurumunun hesabatında yer alıb. Sənədə əsasən, DSMF-nin Bakı şəhərinin Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib, əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə pensiya ödənişi aparılıb.

 

Nazirliyin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra da ödənişlər davam etdirilib, nəticədə ümumilikdə müvafiq olaraq həmin şöbələr üzrə 905,7 min manat və 524,9 min manat vəsait ödənilib.

 

Bundan başqa, Fondun aparatının saxlanılması xərcləri üzrə ümumilikdə 30,3 min manat artıq vəsait ödənildiyi, alınmış 400 000 ədəd dövlət sosial sığorta şəhadətnamələrinin plastik kartlarından 50 min 815 ədədinin və yaxud 12,7%-nin istifadəyə yararsız olduğu üzə çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş