Azərbaycanda daha 9 nəfər koronavirusdan vəfat edib

Xəbərlər

24.07.2020 - 17:04

cedabet dərman SEO Xidməti

Son sutkada 573 nəfər sağalıb, 332 yoluxma faktı qeydə alınıb

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 573 nəfər sağalıb, 332 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7365 nəfərdir. Ötən müddət ərzində 667 min 819 test aparılıb. Bugünkü test sayı isə 9037-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş