Azərbaycanda daha 67 yoluxma və <font color=red> İKİ ÖLÜM</font>

Xəbərlər

06.05.2020 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda xəstələr içərisində 24-nün vəziyyəti ağır, 33-nün vəziyyəti isə orta ağır qiymətləndirilir

 

Azərbaycanda 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş