Azərbaycanda daha 2 nəfər COVID-19-dan vəfat edib

Aktual

01.04.2022 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada daha 47 nəfər koronavirusa yoluxub, 49 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 979 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib, aktiv xəstə sayı 347 nəfərdir.

Ölkədə son sutka ərzində 4 339, hazırkı dövrədək isə 6 706 012 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş