Düşmən Qubadlı istiqamətində hücuma cəhd göstərib - <font color=red> VİDEO</font>

Aktual

25.10.2020 - 19:50

Ermənilər itki verərək geri çəkilməyə məcbur edilib

 

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Müəllif: Ayna.az