Azərbaycanda daha 19 nəfər koronavirusdan vəfat edib

Aktual

22.02.2022 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4616 nəfər müalicə olunaraq sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 777 804 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9280 nəfər vəfat edib, aktiv xəstə sayı 26 198 nəfərdir.

Ölkədə son sutka ərzində 10 318, hazırkı dövrədək isə 6 501 358 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş