Azərbaycan Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq edib

Aktual

04.10.2020 - 11:36

Adekvat tədbirlər görüləcək

 

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilib ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

 

“Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az