Azərbaycanda COVID-19-la bağlı <font color=red> SON STATİSTİKA</font>

Aktual

21.02.2021 - 18:36

Daha 156 nəfər yoluxub,  142 nəfər sağalıb, 3 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə  233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116  test aparılıb.

Müəllif: Ayna.az