Elçibəy Aya Sofya məscidində anılacaq

Aktual

21.08.2020 - 14:47

Anım mərasimi sabah saat 20:30-da keçiriləcək

 

Sabah Türkiyədə Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri, sabiq Prezident Əbülfəz Elçibəyin anım mərasimi keçiriləcək.

 

AYNA-nın xəbərinə görə, bu barədə mərhum Prezidentin kürəkəni Aqil Səmədbəyli məlumat verib.

 

Anım mərasimi sabah saat 20:30-da İstanbulda Aya Sofya məscidində keçiriləcək.

 

Xatırladaq ki, Elçibəy 2000--ci il avqustun 22-sində Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sabiq Prezident Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.

Müəllif: Ayna.az