Azərbaycanda COVID-19-a yoluxanların sayı 175 min 874 nəfərə çatıb

Aktual

13.12.2020 - 15:30

Son sutkada 4 min 451 nəfər virusa yoluxub, 4 min 283 nəfər sağalıb, 39 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 min 451 yeni yoluxma faktı qeydə alınıb,  4 min 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə  175 min 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  111 min 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, 62 min 034 aktiv xəstə var.

 

Ölkədə son sutka ərzində 15059 , hazırkı dövrədək isə 1953303  test aparılıb.

Müəllif: Ayna.az