Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 934-dür
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68021 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26087 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5187428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3013620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2173808 təşkil edir.