Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.08.2021 - 21:47

Bir gündə birinci mərhələ üzrə 45 min 649 nəfər vaksinasiyadan keçib

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 542 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az