Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı çoxaldı

Aktual

07.07.2021 - 19:44

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş