Azərbaycanda axtarışda olan 10 nəfər saxlanılıb

Xəbərlər

03.08.2020 - 19:29

cedabet dərman SEO Xidməti

Saxlanılanlardan 7-si borclu şəxs qismində axtarılan olub

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 12 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli beş fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş