Azərbaycan vətəndaşı olan ana və 4 övladı Suriyadan ölkəyə gətirilib

Xəbərlər

16.01.2026 - 21:43

Repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib

Yanvarın 12-i Suriya Ərəb Respublikasından daha 5 nəfər Azərbaycan Respublikası vətəndaşının (ana və 4 övladı) ölkəmizə repatriasiyası həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş