Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Siyasət

17.08.2021 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub 

 

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

 

Bu barədə AYNA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş