"Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı"

Siyasət

02.04.2020 - 17:07

H.Altınalan: "Vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik”

 

“2 apreldə Ermənistanın atəşkəs rejimini pozması ilə səhərin erkən saatlarında başlayıb 5 aprelde Moskvada imzalanan müqaviləyə qədər davam edən Dağlıq Qarabağdakı qarşıdurmalarda Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı və bununla da işğal altındakı bəzi ərazilərini geri qaytardı".

AYNA-ya bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib. 

 

H.Altınalan bildirib ki, münaqişə ilə Azərbaycan həm psixoloji, həm də mümkün ola biləcək yeni qarşıdurmalar baxımından müəyyən üstünlüklər qazandı? "İşğalçı Ermənistana ağır itkilər verdirən bu zəfərin qazanılması canlarını qurban verən qəhrəman qardaşlarımızın sayəsində olub".

 

!Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik”, - mətbuat müşaviri vurğulayıb.

Müəllif: Ayna.az