Azərbaycan sərhədi avqustun 1-dək bağlı qalacaq - <font color=red> QƏRAR</font>

Xəbərlər

19.06.2020 - 16:33

cedabet dərman SEO Xidməti

Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadılır

 

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadılır. AYNA xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

 

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci ilədək uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş