Həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər
Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.
Bildirib ki, həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər.
APA-nın əldə etdiyi məlumata görə, Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb.