Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib

Xəbərlər

19.10.2021 - 20:36

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş