İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib.
AYNA.AZ xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşılayıb.
Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilir. Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.