Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Xəbərlər

05.09.2024 - 12:15

cedabet dərman SEO Xidməti

Nazirlik: "Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb"

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş