Azərbaycan Ordusu düşmənin daha iki tankını məhv edib

Xəbərlər

28.09.2020 - 13:15

Gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

 

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

 

Təqdim edilən görüntülərdə daha iki ədəd düşmən  tankının məhv edildiyi əks olunub.

Müəllif: Ayna.az