“Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsi” təşkil edilib

Xəbərlər

03.08.2021 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Düşərgənin sonunda iştirakçıların ən yaxşı ideyaları mükafatlandırılıb

 

Amerikanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, Amerika Təhsilli Məzunlar Assosiasiyasının təşkilatı dəstəyi və Amerika təhsil proqramları məzunlarının təşəbbüsü ilə 24-29 iyul 2021-ci il tarixlərində “Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsi” təşkil edilib.

 

AYNA xəbər verir ki, düşərgənin məqsədi Azərbaycanın Gəncə, Goranboy, Yevlax, Bərdə və Füzuli bölgələrindən olan 12-15 yaşlı oğlanların robotika və proqramlaşdırma sahəsində məlumatlığının artırılması və gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi vasitəsi ilə regionların sosial-iqtisadi inkişafına dəstək verilməsidir.

 

İnnovasiya düşərgəsi müddətində yuxarıda qeyd edilən əsas istiqamətlər üzrə təlimlərdən əlavə iştirakçılarla icma problemlərinin üzə çıxarılması və onların bizness xarakterli həll yollarının tapılması, startapların yaradılması və idarə edilməsi, liderlik, komanda işi, tənqidi düşüncə bacarığı, kariyera planlaması haqqında müzakirələr aparılmışdır. Düşərgənin sonunda iştirakçılar düşərgə müddəti ərzində formalaşdırdığı bizness ideyalarının təqdimatını həyata keçirmiş və seçilən ən yaxşı ideyalar mükafatlandırılıb.

 

Müxtəlif regionlardan olan yeniyetmə oğlanların düşərgə bitdikdən sonra da bizness və şəxsi əlaqələrinin saxlanması məqsədi ilə düşərgənin “Facebook” səhifəsi yaradılıb. “Azerbaijan Boys Innovation Camp” adlı səhifəyə keçid edərək düşərgə haqqında ətraflı məlumat ala bilərsiniz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş