Azərbaycan neftinin qiyməti 99 dolları ötüb

İqtisadiyyat

06.09.2022 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,62 dollar azalaraq 95,12 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,86 dollar bahalaşaraq 88,73 dollar olub.

Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,53 dollar artaraq 99,06 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş