Paytaxtda “od qiymətinə” satılan məhsullar, kəndlidən qəpik-quruşa alınır

İqtisadiyyat

23.10.2019 - 10:10

Yaxud portağalımız Türkiyədən, naringimiz İrandan gəlir, piştaxta yerli məhsula “kəm baxır”

 

Xəbər verdiyimiz kimi, iqtisadçı-ekspert Vüqar Bayramov ölkəyə idxal edilən məhsulların bir qisminin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli baha olması barədə fikir səsləndirib. O, misal olaraq bildirib ki, Bakı supermarketlərində portağalın qiyməti, orta hesabla 4.5 manatdan başlayır.

 

“Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz. Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur”, - deyə mütəxəssis qeyd edib.

Raminə Eyvazqızı