Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır

İqtisadiyyat

25.02.2021 - 11:14

Dünya birjalarında neftin qiyməti bahalaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar artaraq 67,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 63,42 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,65 dollar artaraq 66,77 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə