Əmlak bazarında yeni trend - <font color=red> “Üzən” icarə</font>

İqtisadiyyat

04.03.2021 - 15:34

Bu cür icarə haqları ticari əmlak bazarını xilas edə bilərmi?

 

Pandemiya ilə əlaqədar karantin tədbirləri səbəbindən ölkədə əmlak bazarı çətin vəziyyətdədir. Xüsusilə ticarət yönümlü daşınmaz əmlak bazarından bəhs edirik. Bir çox pərakəndə satış nöqtəsi və iaşə obyektləri uzun müddətdir bağlı qalıb və təzə-təzə özlərinə gəlməyə başlayır. Ticarət mərkəzlərində yerləşən obyektlərə gəldikdə, onlar hələ də işləmir.

 

Bəzi icarəçilər xərclərini azaltmaq üçün daha kiçik mağazalara köçüblər. Fitnes mərkəzləri və şadlıq evləri kimi aylardır boş qalan obyektlərə isə, ümumiyyətlə icarə bazarında tələb yoxdur.

 

Ekspertlər ticari daşınmaz əmlak bazarının pandemiyadan ən çox təsirlənən bazarlardan biri olduğunu və əvvəllər icarəyə götürülmüş binaların 20%-dən çoxunun hazırda boş qaldığını qeyd edirlər. Karantin tədbirlərinin yüngülləşdirilməsi və iqtisadiyyatın dirçəldilməsi icarə tələbinin tədricən artmasına səbəb olacaq, lakin bu seqmentin daha sürətli bərpa olunması üçün müəyyən tədbirlərə ehtiyac var.

 

Ticari daşınmaz əmlak icarəsi bazarında böhran əleyhinə həll yollarından biri, obyektin dövriyyəsindən asılı olaraq “üzən” icarə haqqının tətbiqi ola bilər. Ayrıca, bəzi hallarda, müəyyən bir ödəniş və icarəçinin dövriyyəsinin müəyyən bir faizi təmin edən qarışıq bir sxem də tətbiq edilə bilər. Sabit icarə əmlak sahibləri üçün, əlbəttə ki, daha faydalıdır, lakin mövcud şəraitdə icarəçiləri itirməmək üçün çevik davranmaq vacibdir. Əlbəttə, çox şey icarəyə verənin yaxın gələcəkdə mal və xidmətlərə tələbin artması perspektivlərini düzgün proqnozlaşdırmasından asılıdır.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Məmmədov Elşad Yaqub oğlu

UNEC-in professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov AYNA-ya şərhində, ticari daşınmaz əmlak üçün “üzən” icarə haqqı tətbiqinin bəzi hallarda məqsədəuyğun olacağını və bunun konstruktiv bir çıxış yolu olduğunu söyləyib: “Daşınmaz əmlak üçün “üzən” icarə günümüzün iqtisadi gerçəkliyinin qaçınılmazlığıdır. Bu, zamanın bir çağırışıdır. Gələcəkdə hansı karantin tədbirlərinin tətbiq olunacağını və iqtisadi fəaliyyət sahəsində nələrin baş verəcəyini heç kim bilmir və bütün bunlar icarəçilərin ödəmə qabiliyyətinə təsir göstərə bilər”.

 

“Ancaq vacib bir məqam: bu cür münasibətlərin qanunvericilikdə tənzimlənməsi məsələləri, müvafiq tənzimləmə öhdəlikləri olmalıdır. Əks təqdirdə mübahisəli məsələlər ortaya çıxa bilər. İqtisadiyyatda icarədarlar üçün ən yaxşı zaman deyil, amma onlar obyektlərdən hələ də maksimum fayda əldə etməyə çalışacaqlar. Bu iqtisadi münasibətlərdə hər iki tərəfin hüquq və vəzifələrini aydın şəkildə tənzimləmək vacibdir. Şübhəsiz ki, dövlət bu məqamları tənzimləməli, hər şeyin bazarın dalğasına biraxılmasına icazə verilməməlidir. Bu, dövlət rüsumlarının azalmasına və məhkəməyə müraciətlərin sayının artmasına səbəb ola bilər. Və bu, işgüzar aktivliyin artmasına deyil, əks nəticələrə gətirib çıxaracaq”, - ekspert bildirib.

 

Məmmədovun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar olaraq, həm icarəyə verənlər, həm də icarəçilər müəyyən kompromislərə getməlidir.

 

İqtisadçı ekspert Fuad Əlizadə də AYNAA-ya açıqlamasında deyib ki, “üzən” icarə haqqı kimi yeni trendlər maraqlı və öyrənilməlidir: “İndi kiçik və orta sahibkarlıq dövlət tərəfindən dəstəklənir və ehtiyac olduqda sahibkarlar Sahibkarlığın İnkişafı Fonduna və bir sıra digər strukturlara müraciət edə bilərlər”.

Bakıda xüsusi valyutadəyişmə aparatları quraşdırıla bilər

O, ticarət daşınmaz əmlakının icarəsi məsələlərinin bazar mexanizmləri çərçivəsində tənzimlənməli olduğunu vurğulayıb: “Mülkiyyət sahibləri özləri icarəçiləri itirməkdə maraqlı deyillər və böyük ehtimalla, güzəştə gedəcəklər. Sahibkarlar bu məsələni öz aralarında həll etməlidirlər”.

Müəllif: Elya Belskaya