Azərbaycan nefti 75 dollardan baha satılır

Xəbərlər

16.06.2021 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Dünya birjalarında neft qiymətləri bahalaşıb

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 74,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,44 dollar bahalaşaraq 72,56 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 75,18 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş