Azərbaycan Azadlıq Partiyası ləğv olunub

Xəbərlər

06.12.2024 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmə prosesi keçirilib

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

AYNA APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

Müəllif: Ayna.az