Kamran Əliyev: “Hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başladılıb”
Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib.
AYNA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başladılıb: “Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir”.
“Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın şəxs axtarışa verilib”, - deyə K.Əliyev qeyd edib.