AZAL-ın idarə rəisi vəzifəsindən ayrılıb

Xəbərlər

01.02.2024 - 16:23

Aysel Süleymanova işdən çıxması barədə paylaşım edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb. AYNA xəbər verir ki, bu barədə Süleymanova özünün sosial şəbəkə hesabında paylaşım edib.

A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.

Qeyd edək ki, A.Süleymanova 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş